Köhnə Merci Baku-nu dəyərləndirdiyiniz va ziyarət etdiyiniz üçün hər birinizə təşəkkür edirik

Hörmətlə, Sizin Kamilə Verdiyeva

MƏNƏ ELƏ GƏLİRDİ Kİ, ŞƏRQİMİZİN VƏ KÖHNƏ AVROPANIN RUHU İLƏ BİRLƏŞMƏSİ ÇOX UĞURLU OLACAQDIR VƏ MARİYA ANTUANETTA ÜSLUBUNDA İNCƏ BİR ŞEY YARATMAQ İSTƏDİM

“”

RESTORAN BİZNESİNDƏ TƏCRÜBƏM YOX İDİ. AMMA SINAQDAN KEÇİRMƏYİ ÇOX İSTƏYİRDİM.
MƏLUM OLDU Kİ, BU ZƏRGƏRLİK İŞİNDƏN DAHA ÇƏTİN BİR SAHƏDİR.

Merci Baku ideyası tamamilə spontan dünyaya gəlib. Biz bu yerin yanından keçdik və gördük ki, o, icarəyə verilir. Mən köhnə şəhəri çox sevirəm və hələ məktəbdə oxuyarkən həmişə burada fransız restoranının olmasını arzulayırdım. Heç vaxt düşünməzdim ki, özüm onu aça bilərəm! Mən Fransada oxumuşam və provans abu-havasını çox sevdim. Mənə elə gəlirdi ki, şərqimizin və köhnə avropanın ruhu ilə birləşməsi çox uğurlu olacaqdır və Mariya Antuanetta üslubunda incə bir şey yaratmaq istədim. O zaman mənim restoran biznesində təcrübəm yox idi. Mən yeddi il zərgərlik sahəsində işləmişəm. Amma çox cəhd etmək istədim. Sən demə, bu, zərgərlik işindən qat-qat çətindir (gülür).

Biz Azərbaycan müəssisələrinin ənənəvi qaydalarına baxmadan tamamilə xüsusi bir şey yaratmaq qərarına gəldik. Nəticədə, hər kəs yüngül divarlardan və yaxın yerləşdirilmiş masalardan şok düşmüşdü. Azərbaycanda isə restoranlarda yarım arakəsmələr, ayrı-ayrı otaqlar, hətta ayrı-ayrı kabinetlər ənənə halına gəlmişdi. Bizdə isə masalar çox yaxın idi, fransız bistrosu üslubunda. Əvvəlcə insanlar üçün bu qeyri-adi idi amma indi belə interyer dəb halına gəldi! Bütün daimi müştərilərimiz burada tanış oldular – yaxın yerləşən masalar tanışlığa və isti münasibətlərə şərait yaradır.

Biz planlaşdırdığımızdan daha tez açıldıq. Nüansları mükəmməlliyə çatdırdıq, heyəti seçdik … və axşam saat 11-də tanışlarım restoranda toplaşdılar və sözün əsl mənasında onlara qapıları açmağı tələb etdilər (gülür). Razılaşmalı oldum. Qız yoldaşlarımızla tez qonaqları qarşılamaq üçün bəzi qəlyanaltılar hazırlamağa başladıq. Və o vaxtdan bəri restoran artıq bağlanmadı. Stolun boşalmasını gözləyən insanlar qapıda növbəyə düzülmüşdülər. Bu inanılmaz idi! Mən özüm qonaqlara xidmət edirdim, çünki heyət çatışmırdı. İmkan verə bilməzdim ki, kimsə narazı getsin. Amma indi bizdə artıq gözəl kollektiv yaranmışdır. Və bütün əməkdaşlarımdan əminəm.

Merci Baku – da mənim sevimli yeməyim Azeri Trio. Bu, üç salatın qarışığıdır. Birincisi, bizim xüsusi barbekü maşınında hazırlanan Manqal Salatı. Maşın onunla unikaldır ki, onun üzərində hazırlanan hər şey artıq kömürün ətrinə hopmuşdur. Hələ trioya çoban salatı və ispanaq salatı daxildir. Çox dadlıdır. Ümumiyyətlə, qonaqlarımızın sevimli yeməkləri Milli xörəklərdir: düşbərə, sac, xingal. Biz sutkada 24 saat işləyirik. Odur ki, səhər saat 4-də və 5-də bizdə milli Azərbaycan yeməkləri hazırlanır. Bizim insanları dəyişdirmək olmur. Onlar yeni bir şey sınamağı sevirlər, amma öz doğma evlərinə qayıdırlar. Şnitzel, befstroqanov və digər fransız yeməklərini bizdə də çox sevirlər.

Merci Baku restoranında çoxlu sayda xarici qonaq olur. Bizim restoranda öz dostlarını görməyə gələn Jah Khalib vardı. Burada klip çəkən Sati Kazanova bizdə olub. Ivanka Trump, Mila Jovovich, Sean Paul, Stephen Sigal… tezliklə Nərgiz Zakiro-vu gözləyirik. Bununla yanaşı, bizim daimi qonaqlarımız da restorana gələn ulduzlarla birlikdə gəlirlər, şəkil çəkdirib, söhbət edirlər. Burada Hollivud ulduzlarından, məsələn, Monika Bellucci, Leonardo Di Kaprio kimi daha birisini görmək istərdim. Əlbəttə, biz gələcək inkişaf üzərində düşünürük. Fransada Azərbaycan restoranın açılmasını planlaşdırırdıq, lakin hələlik bu ideyanı təxirə salmışıq. Amma tezliklə biz Merci Baku-nun yeni restoranını açacağıq. Gözləyin!